Antuan Qrizmann "Atletiko"dan ayrılır?
İdman
01.01.2025 14:05
Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubundan ayrıla bilər.
TodayPress xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
33 yaşlı hücumçu ABŞ-nin MLS çempionatında çıxış edən komandadan cəlbedici təklif alıb. Təcrübəli forvard martda karyerasını ilə bağlı qərar verəcək.
Madrid təmsilçisi oyunçunun fikrinə hörmətlə yanaşacaq.
Qeyd edək ki, Qrizmannın müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsümdə 25 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" 18 turdan sonra 41 xalla La Liqada liderdir.
tag: Fransa ,Milli,Antuan Qrizmann,İspaniya,Atletiko,ABŞ,todaypress.az,