Antoni “Mançester Yunayted”lə yollarını ayırır

İdman

24.10.2024 18:05

“Qırmızı şeytanlar” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verəcək. 

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu cari mövsüm Mançester təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir. 

Braziliyalı forvardı müxtəlif klublar transfer etmək istəyir. 

24 yaşlı futbolçu üçün “qırmızı şeytanlar”a təklif göndərən komandalar arasında Antoninin daha əvvəl çıxış etdiyi “Ayaks” da var.

O, 2022-ci ilin yayında məhz Amsterdam təmsilçisindən 99 milyon avroya transfer edilib.

Qeyd edək ki, Antoni cari mövsümdə “Mançester Yunayted”in forması ilə bütün turnirlər daxil olmaqla cəmi 4 matça çıxıb və 1 qol vurub.

Namiq HUN

tag: Mançester Yunayted, Antoni, Amsterdam, Avropa, Turnir, todaypress.az,