Antoni “Betis”lə razılaşdı

İdman

20.01.2025 11:12

“Mançester Yunayted” klubu futbolçusu Antonini icarəyə verəcək. 

TodayPress xəbər verir ki, braziliyalı cinah hücumçusu “Betis”lə müqavilənin detallarını razılaşdırıb. 

24 yaşlı futbolçu mövsümün sonunadək icarəyə veriləcək. Onun maaşının bir hissəsini Mançester təmsilçisi ödəyəcək. 

Qeyd edək ki, Antoni Premyer Liqanın cari mövsümündə 8 oyun keçirib.   

Namiq HUN

tag: Mançester Yunayted, Antoni,Premyer Liqa,Betis,Todaypress.az,