Ansu Fati İstanbul nəhənglərinin marağında
“Barselona” klubunun futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.
TodayPress “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Beşiktaş” və “Fənərbağça” vingerlə maraqlanır. “Ağ-qaralar”ın 22 yaşlı futbolçunun transferində israrlı olduğu bildirilib.
Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də başa çatacaq.
Ansu Fatinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Namiq HUN
tag: Ansu Fati,Barselona,Beşiktaş,Fənərbağça,Todaypress.az,