Anri Mbappeni tənqid etdi
İdman
07.11.2024 15:40
“Barselona” klubunun sabiq hücumçusu Tyeri Anri “Real Madrid”də çıxış edən Kilian Mbappeni tənqid edib.
TodayPress “Marca”ya istinadən xəbər verir ki, o, fransalı futbolçunun hücum xəttində kifayət qədər effektiv olmadığını deyib:
“Düşünürəm ki, komanda Mbappeyə görə məyus durumdadır. Cud Bellinqem Mbappenin etməli olduğu şeyləri etməyə çalışır. Kilian təkmilləşməlidir ki, vəziyyət daha pis olmasın. Biz ondan Didye Droqba kimi topu saxlamasını tələb etmirik, topu götürüb hamını yerə sərməsini istəmirik. Mbappe hücumçu kimi oynayıb, komandasına fayda verməlidir”.
Qeyd edək ki, 25 yaşlı futbolçu yayda “kral klubu”na keçib. Kilian Mbappe cari mövsümdə 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Anri, Mbappe, Didye Droqba, Real Madrid, todaypress.az,