Anna Skidandan növbəti qızıl medal

İdman

27.05.2024 10:46

1878

Çəkic atma növündə Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Anna Skidan beynəlxalq yarışlarda uğurlu çıxışını davam etdirir.

TodayPress xəbər verir ki,  atletimiz Fransanın Forbak şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli yarışında mübarizə aparıb. Skidan 71.98 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

tag: Çəkic atma, İdman, Paris2024, Olimpiya Oyunları, todaypress.az,