Anna Skidan Brilyant Liqada ikinci oldu
Azərbaycan atleti Anna Skidan Brilyant Liqada gümüş medal qazanıb.
TodayPress xəbər verir ki, Skidan Polşanın Xojuv şəhərində keçirilən Kamila Skolimovska Memorialında cəkicatma yarışında fərqlənib.
71.82 m göstərici ilə gümüş medala sahib çıxan Anna fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Namiq HUN
tag: Aəzrbaycan, Anna Skidan, Brilyant Liqa, Gümüş Medal, Polşa, todaypress.az,