Andrade Avropa Liqasının yaxşıları sırasında
İdman
09.11.2024 14:25
"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Liqasının ən yaxşıları sırasında yer alıb.
TodayPress xəbər verir ki, Ağdam təmsilçisinin kabo-verdeli futbolçusu Liqa mərhələsində vurduğu zərbələrə görə bu şərəfə nail olub.
Andrade Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Santyaqo Esse ilə 5-ci yeri bölüşür.
Qeyd edək ki, Patrik Andrade 2023-cü ildə “Partizan”dan “Qarabağ”a transfer olunub.
Namiq HUN
tag: Qarabağ, Patrik Andrade, Futbol, İdman, Avropa Liqası, todaypress.az,