Ançelottinin “Real”da qalma şansı azaldı
İdman
18.01.2025 15:30
“Real Madrid” futbol klubunun rəhbərliyində baş məşqçi Karlo Ançelottinin postunda qalması ilə bağlı ciddi şübhələr yaranıb.
TodayPress xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Klub rəhbərliyinin bəzi üzvləri Ançelottiyə etibarını itirib. Səbəb kimi “Real”ın oktyabr ayında Çempionlar Liqasında “Milan”a 1:3 hesablı məğlubiyyət və La Liqada “Barselona” ilə qarşılaşmada 0:4 hesablı darmadağın göstərilib.
Bundan əlavə, İspaniya Superkubokunun finalında “Barsa"ya 2:5 hesablı məğlubiyyət də narazılığı artırıb.
Əgər “Real” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməsə, Karlo Ançelotti böyük ehtimalla vəzifəsindən kənarlaşdırılacaq. Onu müvəqqəti olaraq klubun direktoru Santyaqo Solari əvəz edə bilər.
Bununla belə, “Real”in prezidenti Florentino Peres gələcəkdə komandanın baş məşqçisi postuna hazırda “Bayer 04"ü çalışdıran Xabi Alonsonu gətirmək niyyətindədir.
Namiq HUN
tag: İdman, Futbol, Ançelotti, Real Madrid, Real, todaypress.az,