Ançelotti yeni rekorda imza atdı

İdman

25.09.2024 10:31

"Real Madrid" futbol klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında 44 ildən sonra yeni rekorda imza atıb.

TodayPress xəbər verir ki, italiyalı mütəxəssis buna La Liqanın VII turunda "Alaves"ə qalib gəlməklə (3:2) nail olub.

Ançelotti “kral klubu” ilə çempionatda ardıcıl 39 matçda uduzmayıb.

Əvvəlki rekord "Real Sosyedad"ın sabiq baş məşqçisi Alberto Ormaeçaya məxsus olub. Mütəxəssis 1979-1980-ci illər aralığında Bask klubu ilə 38 qarşılaşmada uduzmayıb.

Qeyd edək ki, "Real"ın hazırkı uğuru La Liqa tarixində ikinci ən uzun seriyadır. 

"Barselona" 2017-2018-ci illərdə 43 görüşdə uduzmayıb. Lakin həmin müddətdə komandada Luis Enrike və Ernesto Valverde baş məşqçi postunu tutub.

Namiq HUN

tag: Ançelotti ,Real ,Luis Enrike ,Ernesto Valverd, Baş Məşqçi ,todaypress.az,