Ançelotti uğursuz starta aydınlıq gətirdi
“Real” futbol klubunun baş məşqçisi Karlo Ançelotti yeni çempionatdakı uğursuz startla bağlı danışıb.
TodayPress xəbər verir ki, Madrid təmsilçisinin italiyalı çalışdırıcı komanda daxilində durumun yaxşı olduğunu bildirib:
“Komanda xarakter və münasibət baxımından yaxşıdır. Sadəcə hərdən qələbə qazana bilmirsən. Mən baş məşqçi kimi məsuliyyəti öz üzərimə götürməyə hazıram. Yaranmış vəziyyəti komandama daha açıq şəkildə izah etməliyəm ki, tam aydınlıq olsun. Bu üç matç düzəltməli olduğumuz çatışmazlıqları göstərdi”.
Qeyd edək ki, “Real” La Liqanın ilk üç turundan sonra 5 xalla 5-ci yerdədir. “Kral klubu” 2 heç-heçə edib və yalnız 1 dəfə qalib gəlib.
Namiq HUN
tag: Madrid, Real, Liqa, Karlo Ançelotti , Məşqçi, todaypress.az,