Ançelotti turnir rekordçusu oldu

İdman

01.12.2024 09:55

Çempionlar Liqasında ən çox oyun keçirən baş məşqçilərin siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, İFFHS-in tərtib etdiyi cədvəldə 1955-ci ildən keçirilən, əvvəl Çempionlar kuboku adlanan turnirdə 100 və daha çox matça komanda çıxaran mütəxəssislər yer alıb.

İndiyədək 12 məşqçi buna nail olub. Turnirin rekordçusu hazırda “Real”a rəhbərlik edən Karlo Ançelottidir.

1. Karlo Ançelotti - 215

2. Aleks Ferqyuson - 214

3. Arsen Venger - 208

4. Pep Qvardiola - 180

5. Joze Mourinyo - 155

6. Mirça Luçesku - 152

7. Rafael Benites - 111

8. Dieqo Simeone - 110

9. Yurgen Klopp - 104

10. Massimiliano Alleqri - 102

11-12. Ottmar Hitsfeld - 101

Lui van Qal - 101

tag: Çempionlar Liqası,Kubok,Məşqçi,Turnir,Real,Karlo Ançelotti,todaypress.az,