Ançelotti Reyesin oğluna şans verdi - Lopes əsas heyətdə
İdman
31.10.2024 15:20
“Arsenal” klubunun sabiq futbolçusu Xose Antonio Reyesin oğlu “Real Madrid”in əsas komandasında yer alıb.
TodayPress “Marca”ya istinadən xəbər verir ki, Xose Antonio Reyes Lopes əvəzedicilərin heyətindəki çıxışı ilə buna nail olub.
17 yaşlı futbolçu italiyalı baş məşqçi Karlo Ançelottinin rəhbərlik etdiyi kollektivlə birlikdə məşq edəcək.
Qeyd edək ki, Xose Antonio Reyes 2019-cu ildə avtomobil qəzasında dünyasını dəyişib.
Namiq HUN
tag: Arsenal,Xose Antonio Reyes,Real Madrid,Karlo Ançelotti, todaypress.az,