Ançelotti “Real”la şəxsi rekordunu yenilədi

İdman

16.09.2024 10:06

"Real"ın baş məşqçisi Karlo Ançelotti karyerasında rekorda imza atıb.

TodayPress xəbər verir ki, italiyalı mütəxəssis buna “kral klubu”nun La Liqanın V turunda səfərdə "Real Sosyedad"(2:0) üzərində qələbəsi ilə nail olub. 

Karlo Ançelotti üçün bu matç ardıcıl 32-ci məğlubiyyətsiz oyun olub ki, bu da onun yeni şəxsi rekordudur. 

“Real” sonuncu dəfə Ançelottinin rəhbərliyi altında bu ilin yanvarında “Atletiko Madrid”lə oyunda (2:4) uduzmuşdu.

Qeyd edək ki, Karlo Ançelottinin “Real”da əvvəlki ən yaxşı məğlubiyyətsizlik seriyası 2013/2014 mövsümündə (31 matç) olub.

Namiq HUN

tag: Real ,Karlo Ançelotti, Karyera, Real Sosyedad, Atletiko Madrid ,todaypress.az,