Ançelotti “Real”ın tarixinə düşdü
Karlo Ançelotti Qitələrarası kuboku qazanan “Real Madrid” klubunun tarixinə düşüb.
TodayPress xəbər verir ki, o, “kral klubu”nda ən çox titul qazanan məşqçi olub.
İtaliyalı mütəxəssis mükafatlarının sayını 15-ə çatdırıb. O, bu göstəricidə hesabında 14 titul olan Migel Munyosu arxada qoyub.
Qeyd edək ki, “Real Madrid” final matçında Meksikanın “Paçuka” klubuna (3:0) qalib gəlib.
Namiq HUN
tag: Ançelotti, Titul, Hesab, Real, todaypress.az,