Ançelotti “Real”dan ayrılmağa qərar verdi
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılmaq istəyir.
TodayPress “The Atletic”ə istinadən xəbər verir ki, mütəxəssis Braziliya millisini çalışdırmaq niyyətindədir.
Ançelotti artıq rəhbərliyə və komanda üzvlərinə “Real”ı tərk etmək istədiyi barədə məlumat verib.
Onun klublararası dünya çempionatından əvvəl baş məşqçi postundan gedəcəyi gözlənilir.
“Real Madrid”də baş məşqçi postuna əsas namizəd hazırda “Bayer 04”ü çalışdıran Xabi Alonsodur.
Qeyd edək ki, “kral klubu” cari mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal” səddini keçə bilməyib.
“Real” İspaniya kubokunun finalında “Barselona”ya uduzaraq titulu əldən verib.
La Liqada isə madridlilər Kataloniya təmsilçisindən 4 xallıq geriləmə ilə 2-cidir.
Namiq HUN
tag: Real Madrid,Karlo Ançelotti,Məşqçi,Ayrılıq,Todaypress.az,