Ançelotti “Real”da yubiley qələbəsini qazandı
İdman
20.01.2025 11:41
Karlo Ançelotti “Real Madrid” klubunun baş məşqçisi kimi 150-ci qələbəsini qazanıb.
TodayPress “Opta”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssisin yubiley uğuru La Liqanın XX turunda “Las Palmas”la oyuna (4:1) təsadüf edib.
Ançelotti İspaniya çempionatında bu rəqəmə çatan 22-ci məşqçidir.
“Real”ı baş məşqçi kimi 210 qarşılaşmaya çıxaran Ançelotti 150 qələbə ilə yanaşı, 34 görüşdə heç-heçə edib, 26 matçda isə məğlub olub.
Qeyd edək ki, “kral klubu”nun tarixində rekord Migel Munyosa (257) məxsusdur.
Namiq HUN
tag: Real Madrid, Karlo Ançelotti, İdman, Futbol, La Liqa, todaypress.az,