Ançelotti “Real”da qalmaq istəyir
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı planları məlum olub.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı şayiələri təkzib edib:
“Real”ı tərk etmək niyyətim yoxdur. Florentino Pereslə birlikdə 2029-cu ilədək qalmağa ümid edirəm. Dörd il sonra onunla birgə getmək yaxşı olardı. Klubla möhtəşəm vida da təşkil edərdik”.
Qeyd edək ki, 2021-ci ildə “Real”a qayıdan Ançelottinin müqaviləsi 2026-cı ilin yayında başa çatmalıdır.
Namiq HUN
tag: Real,Karlo Ançelotti,Klub,Məşqçi,Todaypress.az,