Ançelotti “Real”da dəyişikliklərə başladı
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti futbolçuların fiziki hazırlığı planını dəyişmək istəyir.
TodayPress İspan mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis son matçlarda futbolçuların fiziki formasını bəyənməyib.
O, bu detala yanaşmasını yenidən nəzərdən keçirəcək. Ançelotti beynəlxalq fasilə zamanı köməkçilərindən yeni fitnes planı hazırlamağı xahiş edib. “Liverpul”la Çempionlar Liqası matçı ərəfəsində məşqçinin dediyi söz klub əməkdaşlarını təəccübləndirib:
“Ya səviyyəmizi qaldıracağıq, ya da məhv olacağıq”.
Qeyd edək ki, Karlo Ançelotti sərəncamında qalan futbolçularla yenilənmiş məşqlərə başlayıb. Futbolçular dəyişikliklərə müsbət reaksiya veriblər və bunun klubun nəticələrini yaxşılaşdırmağa kömək edəcəyinə inanıblar.
Namiq HUN
tag: İspan, Çempionlar Liqası, Karlo Ançelotti, Rəhbər, Real Madrid, todaypress.az,