Ançelotti: “Real” mövsümün ikinci yarısında daha yaxşı olacaq”

İdman

18.12.2024 18:04

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti komandadakı vəziyyətlə bağlı danışıb.

TodayPress AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolda bəzən çətin anlar olduğunu bildirib:

“Futbolçular üzərində nəzarəti itirmişəm? Əlbəttə, yox. Futbolda bəzən çətin anlar olur. Əsas odur ki, irəliləməyə davam edək. Sizi əmin edirəm ki, “Real” mövsümün ikinci yarısında daha yaxşı olacaq”.

Ançelotti FİFA tərəfindən 2024-cü ilin ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, İspaniya çempionatının 17 turundan sonra hesabında 37 xal olan “Real” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 1 xal geri qalır.

Namiq HUN

tag: Tur ,Məşq, Kral Klub,Ançelotti ,todaypress.az,