Ançelotti: “Qızıl top” mənə ÇL-in finalında qalib gələndə verildi”

İdman

05.11.2024 15:10

“Mən “Qızıl top”u iyunun 1-də almışam”. 

TodayPress xəbər verir ki, “RMC Sport” məlumat yayıb. 

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti 2024-cü ildə “Qızıl top” mərasimində “İlin məşqçisi” nominasiyasını qazanmasından danışıb.

“Mən xoşbəxtəm. “Qızıl top” artıq verilib və biz bütün qalibləri təbrik etməliyik. “Qızıl top” mənə iyunun 1-də Çempionlar Liqasının finalında qalib gələndə verildi”.

Xatırladaq ki, Karlo Ançelotti səsvermədə Xabi Alonso (“Bayer 04”), Xosep Qvardiola (“Mançester Siti”), Luis de la Fuente (İspaniya millisi) və Lionel Skalonini (Argentina millisi) qabaqlayaraq “İlin məşqçisi” mükafatına layiq görülüb.

Namiq HUN

tag: Real Madrid, Ançelotti,Qızıl Top,Xabi Alonso, todaypress.az,