Ançelotti qəti qərar verdi
İdman
20.01.2025 18:03
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı qərarını verib.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssis mövsümün sonunda İspaniya klubunu tərk edəcək.
“Kral klubu” mövsümü bir və ya bir neçə titulla bitirsə belə, mütəxəssis fikrini dəyişməyəcək.
Bu, Ançelottinin qəti və son qərarıdır.
2021-ci ildə “Los Blancos”a qayıdan Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatmalıdır.
Namiq HUN
tag: Ançelotti,Real Madrid,Çempionlar Liqası,Avropa Kuboku, İdman, Football,