Ançelotti Neymarı milliyə dəvət etdi
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti Neymarı komandaya dəvət edib.
TodayPress "Globo"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis futbolçu ilə telefon söhbətində ona güvəndiyini deyib.
Ançelottinin Neymara Dünya çempionatında onun üçün çox vacib fiqurlardan biri olacağını dediyi bildirilir.
Hazırda “Santos” klubunda çıxış edən Neymar xeyli müddətdir zədədən əziyyət çəkir.
Papa Karlonun Braziliya milisinin heyətini mayın 26-da açıqlayacağı gözlənilir.
Namiq HUN
tag: Karlo Ançelotti,Futbol,Braziliya,Məşqçi,Todaypress.az,