Ançelotti: “Mbappe özünü çox yaxşı hiss edir”
İdman
19.10.2024 13:58
“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti adı təcavüz qalmaqalında hallanan Kilian Mbappe haqda danışıb.
TodayPress xəbər verir ki, “RMC Sport” məlumat yayıb.
“Mbappe özünü çox yaxşı hiss edir. O, vəziyyətini yaxşılaşdırmaq üçün fasilədən istifadə etdi. Heyətə qayıtmağı səbirsizliklə gözləyir və komanda üçün vacib olmaq istəyir. Fərziyyələri müzakirə etmək fikrində deyiləm. Gördüyümüz işlərdən danışa bilərik ancaq. Həftə sonlarını harada keçirəcəklərinə futbolçular özləri qərar verirlər” Ançelotti deyib.
Qeyd edək ki, “Kral klubu” bu gün La Liqanın X turu çərçivəsində “Estadio de Balaidos”da “Selta”nın qonağı olacaq.
Namiq HUN
tag: Real Madrid, Kilian Mbappe, Karlo Ançelotti, Qalmaqal, La Liqa, todaypress.az,