Ançelotti: “Klub rəhbərliyinin istənilən qərarına hörmətlə yanaşacağam”

İdman

17.04.2025 12:15

8

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a uduzduqları (1:2) cavab matçından sonra fikirlərini bölüşüb.   

TodayPress xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında əvvəlcə “Komandanıza nə olub?” sualını cavablandırıb: 

“Bu uğursuzluğu və bütün zərbələri qəbul etməliyik. Futbolçulara dedim ki, başlarını dik tutsunlar, biz başqa mövsümlərdə bu turnirdə çox şey əldə etmişik. Bu il isə buna bənzər bir şeyə nail ola bilmədik. İdmanda belə olur, məğlubedilməz komandalar yoxdur”. 

Ançelotti gələn mövsüm “Real”da olub-olmayacağı ilə bağlı suala klub rəhbərliyinin istənilən qərarına hörmətlə yanaşacağam deyib:   

“Yeni mövsüm burda qalıb-qalmayacağımı bilmirəm və bilmək də istəmirəm. Futbolda sevincli və kədərli iki hissə var. Bu gün biz kədərlənirik. Sevinməyə öyrəşmişdik. Mövsüm davam edir, hələ heç nə bitməyib. Klublararası dünya çempionatında komandanın başında mən olacammı? İndi bu barədə danışa bilmərəm. Klub dəyişiklik etmək istəyərsə, qərara hörmətlə yanaşaram”.   

Namiq HUN

tag: Karlo Ançelotti,Futbol,Məşqçi,Real Madrid,Todaypress.az,