Ançelotti: “Gec-tez bu, baş verəcək”

İdman

08.03.2025 10:00

2009

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti istefası haqda danışıb.   

TodayPress xəbər verir ki, o, bu barədə italiyalı aktyor Cakomo Porettinin verilişində deyib.   

“Mən heç vaxt bu qərarı verməyəcəyəm. Bunu prezident edəcək. Gec-tez bu, baş verəcək”.   

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “Real Madrid” klubuna  baş məşqçilik edir.

Papa Karlonun “kral klubu” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.   

Namiq HUN

tag: Karlo Ançelotti,Futbol,Məşqçi,Real Madrid,Todaypress.az,