Ançelotti ÇL-də rekord qırdı

İdman

13.03.2025 17:02

1552

"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti komandasının  Çempionlar Liqasında “Atletiko”nu məğlub edərək 1/4 finala yüksəldiyi matçda yeni rekorda imza atıb.   

TodayPress xəbər verir ki, Ançelotti Çempionlar Liqasının səkkiz güclü kollektivi sırasına ən çox çıxan baş məşqçidir. 

İtaliyalı mütəxəssis 15-ci dəfədir ki, buna nail olur.

Ançelotti bu göstəricidə Xosep Qvardiolanı üstələyib. İspan məşqçinin komandası 14 dəfə turnirin 1/4 finala yüksəlib. 

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" "Arsenal"la qarşılaşacaq.   

Namiq HUN

tag: Karlo Ançelotti,Futbol,Məşqçi,Real Madrid,Todaypress.az,