Ançelotti braziliyadan təklif aldı
Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə əməkdaşlıq etmək istədiyini açıqlayıb. TodayPress xəbər verir ki, ölkə mətbuatında italiyalı mütəxəssislə növbəti dəfə əlaqə saxlanıldığı məlumatı yayılıb.
Ançelottiyə DÇ-2026-nın sonuna kimi Braziliya yığmasına başçılıq etməsi təklif edilib. Karlo may ayına qədər təklifi dəyərləndirməlidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması da 65 yaşlı məşqçi ilə maraqlanır.
Namiq HUN
tag: Karlo Ançelotti,Futbol,Braziliya,Məşqçi,Todaypress.az,