Ançelotti axtardığını tapdı
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubun prezidenti Florentino Peresə “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etməyi tövsiyə edib.
TodayPress “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Tonalini karyerasını başa vuran Toni Kroosun əvəzedicisi kimi görür.
“Nyukasl”ın italiyalı futbolçusu üçün 70-80 milyon avro tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Sandro Tonali cari mövsüm bütün yarışlarda 41 matçda meydana çıxıb.
O, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Real Madrid,Karlo Ançelotti,Sandro Tonali,Nyukasl,Todaypress.az,