Ançelotti Arda Gülerdən danışdı
İdman
16.09.2024 11:14
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının növbəti turunda yarımmüdafiəçi Arda Gülerin çıxışını dəyərləndirib.
TodayPress xəbər verir ki, o, Gülerin oyunundan razı qaldığını söyləyib.
“Arda Gülerin oyunundan razıyam. Onun yarımmüdafiəçi kimi bacarığı həm komanda, həm də özü üçün daha çox imkanlar açır”.
Qeyd edək ki, Arda Güler ötən ilin yayında Madrid təmsilçisinə keçib. 19 yaşlı futbolçu aldığı zədələr səbəbindən yalnız bu ilin yanvar ayında komandada debüt edə bilib.
Namiq HUN
tag: Real, Karlo Ançelotti ,İspaniya, Arda Güler ,Madrid ,todaypress.az,