Ançelotti: “Alaba nəhayət, qayıtmağa yaxındır!”

İdman

14.12.2024 16:38

“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti David Alabanın  meydana qayıtmağa yaxın olduğunu bildirib. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis müdafiəçinin tezliklə qayıdacağını təsdiqləyib:

“Alaba nəhayət, qayıtmağa yaxındır! Biz çox xoşbəxtik, onu gözləyirik”.

Xatırladaq ki, 32 yaşlı futbolçu keçən ilin dekabrında çarpaz bağın yırtılması səbəbindən meydandan kənarda qalıb.

Avstriyalı müdafiəçi çox güman ki, 2025-ci ilin əvvəlində meydana çıxa biləcək. 

Qeyd edək ki, David Alaba zədədən əvvəl “Real”ın heyətində 102 oyun keçirib. O, bu görüşlərdə 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İtaliya, Mütəxəssis ,Klub, Məşqçi, todaypress.az,