Anatoliy Konkov dünyasını dəyişdi
İdman
05.10.2024 18:05
"İnter" klubunun (hazırki "Şamaxı") sabiq vitse-pezidenti və baş məşqçisi Anatoliy Konkov vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.
2004-2006-cı illlərdə “İnter” klubuna rəhbərlik edən mütəxəssis 75 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, “İnter” Anatoliy Konkovun rəhbərliyi altında 2004/05 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.
O, keçmiş SSRİ-nin heyətində 1972-ci il Avropa çempionatında gümüş, 1976-cı ildə Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Konkov Kiyev "Dinamo"sunda 4 dəfə SSRİ çempionu olub. O, 2012-2015-ci illərdə Ukrayna Futbol Federasiyasına rəhbərlik edib.
Namiq HUN
tag: İnter, Ukrayna ,SSRİ ,Anatoliy Konkov ,Dinamo,todaypress.az,