Amorimin MY-dan ilk istəyi
İdman
06.11.2024 15:15
Ruben Amorimin “Yunayted”dən ilk istədiyi futbolçu Xviça Kvaratsxeliya olub.
TodayPress xəbər verir ki, “Mançester Yunayted” klubu heyətini gücləndirməyi planlaşdırır.
Klub rəhbərliyi bu məqsədlə yeni baş məşqçi Ruben Amorim üçün transferlərə ciddi məbləğ ayıracaq.
39 yaşlı mütəxəssis “qırmızı şeytanlar”dan “Napoli”dən Xviça Kvaratsxeliyanı transfer etməklərini istəyib.
“Mançester Yunayted” Neapol təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi olan futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
Xviça ilə “Barselona” və “Çelsi” klubları da maraqlanır.
Qeyd edək ki, gənc forvard cari mövsüm 13 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Klub, Ruben Amorim, Neapol, Mançester Yunayted, todaypress.az,