Amorimin istədiyi 4 hücumçu

İdman

28.11.2024 16:37

Qış transfer pəncərəsində “Mançester Yunayted”i gücləndirə biləcək hücumçuların siyahısı məlum olub.

TodayPress “The Sun”a istinadən xəbər verir ki, baş məşqçi Puben Amorimin siyahısında 4 hücumçu var:

Viktor Bonifeys (“Bayer 04”, 15 matç, 8 qol, 1 məhsuldar ötürmə);

Viktor Osimhen (“Qalatasaray”, 9 matç, 8 qol, 3 məhsuldar ötürmə);

Omar Marmuş (“Ayntraxt Frankfurt”, 16 matç, 14 qol, 10 məhsuldar ötürmə);

Randal Kolo Muani (PSJ, 12 matç, 1 qol, 1 məhsuldar ötürmə).

Qeyd edək ki, ən real transferlər Kolo Muani və Marmuşdur. 

Randal Paris təmsilçisini tərk etmək istəyir. Omarın isə transferi çox pula başa gəlməyəcək. “Ayntraxt Frankfurt” Marmuşu 42-50 milyon avroya buraxmağa hazırdır.

Namiq HUN

tag: Mançester Yunayted,Amorim, Hücumçu, Paris, Marmuş, todaypress.az,