Amorim qərar verdi
“Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasının finalına 30 klub əməkdaşı üçün biletlərin və yol xərclərinin ödənilməsini öz üzərinə götürüb.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi məşqçilərə və fizioterapevtlərə Avropa Liqasının final matçına öz hesablarına getməli olduqlarını bildirib.
Portuqaliyalı mütəxəssis bu səbəbdən komanda işçiləri və onların ailələrinin səfər xərclərini ödəməyə qərar verib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 21-də İspaniyanın Bilbao şəhərinin “San Mames Barria” stadionunda keçiriləcək.
Həlledici matçda “Mançester Yunayted” “Tottenhem”lə qarşılaşacaq.
Namiq HUN
tag: Mançester Yunayted,Baş Məşqçi,Ruben Amorim,Klub,Todaypress.az,