Amorim postunu Xaviyə təhvil verə bilər

İdman

25.02.2025 14:58

1447

“Mançester Yunayted” klubu gələcək baş məşqçisi kimi Xavinin namizədliyini nəzərdən keçirir.   

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruben Amorimin fəaliyyəti klub rəhbərliyini məyus edib. 

“Qırmızı şeytanlar” ötən ilin noyabrından bəri Amorimin rəhbərliyi ilə 22 oyunda 9 qələbə qazanıb, 4 dəfə xal itkisi ilə üzləşib, 9 oyunda isə məğlubiyyətlə barışıb.   

MY Premyer Liqanın son üç turunda qələbəyə həsrət qalıb.

Vəziyyət dəyişməsə, Xavinin gəlişi reallaşa bilər.   

Namiq HUN

tag: Mançester Yunayted,Premyer Liqa,Baş Məşqçi,Xavi,Todaypress.az,