Amorim MY-da yeni antirekord müəyyən etdi
“Mançester Yunayted” klubunun baş məşqçi Ruben Amorim yeni antirekord müəyyən edib.
TodayPress “Opta”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”la Premyer Liqanın XXIV turunda “Old Trafford”da “Kristal Pelas”a (0:2) uduzub.
“Mançester Yunayted” Amorimin rəhbərliyi altında çempionatda doğma meydanda keçirdiyi 7 qarşılaşmanın 5-də məğlub olub.
Bu klub tarixində ən pis nəticədir.
Namiq HUN
tag: Mançester Yunayted, Klub,Ruben Amorim,Premyer Liqa,Todaypress.az,