Amorim “Mançester Yunayted”də təmizliyə başladı
İdman
19.11.2024 13:40
“Mançester Yunayted” klubu 7 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın portuqaliyalı yeni baş məşqçisi Ruben Amorim müdafiəçilər Viktor Nilsson Lindelöf, Conni Evans, Tayrel Malasiya və Harri Maquayer, həmçinin yarımmüdafiəçilər Kazemiro, Kristian Eriksen və cinah oyunçusu Amad Diallonu sərancamında görmək istəmir.
Evans, Lindelöf, Maquayer, Eriksen və Diallonun müqavilələri mövsümün sonunda başa çatacaq.
Kazemiro və Malasiyanın klubla sözləşmələri isə 2026-cı ilin yayına qədərdir.
Namiq HUN
tag: Mançester Yunayted, Eriksen, Diallo, Evans, todaypress.az,