Amorim: “Futbolçu seçimində son sözü baş məşqçi deməlidir”
"Mançester Yunayted" in yeni baş məşqçisi Ruben Amorim klubun transfer siyasətindən danışıb.
TodayPress yerli mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar” üçün futbolçu seçimini sərbəst şəkildə edəcəyini deyib:
“Futbolçu seçimi prosesini təkmilləşdirməliyik. Bu məsələdə güclü mövqe tutmaq niyyətindəyəm. Çünki planladığım kimi oynamağımızı istəyirəm. Hesab edirəm ki, son sözü məşqçi deməlidir. Hər şey razılaşdırıldıqdan sonra klub futbolçuları alıb-sata bilər.
Komanda üçün oyunçu seçimində çox məsuliyyət daşıyıram. Çünki klub düzgün transferlər etməlidir. Amma futbolçuları seçmək imkanım olmalıdır”.
Namiq HUN
tag: Amorim, Portuqaliya, Komanda, Qırmızı Şeytanlar, todaypress.az,