Amorim darmadağınla vidalaşdı

İdman

06.11.2024 11:35

“Sportinq”in baş məşqçisi Ruben Amorim komandası ilə Çempionlar Liqasında “Mançester Siti” üzərində böyükhesablı (4:1) darmadağınla vidalaşıb. 

TodayPress xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan mütəxəssis bu sözləri deyib:

“Daha yaxşı ola bilməzdi. Bu gün bəxtimiz gətirdi. Bizim üçün çox çətin ilk hissə oldu. Fasiləyə yaxın ilk qolu vuran kimi oyunu düzəltdik. Təbii ki, ikinci hissənin əvvəlində vurulan iki qol da çox kömək etdi. Atmosfer inanılmaz idi. Düşünürəm ki, mənim vidalaşmam belə olmalı idi”.

Xatırladaq ki, portuqaliyalı məşqçi “Sportinq”in sükanı arxasında son ev oyununu keçirib. O, artıq “Mançester Yunayted”lə müqavilə imzalayıb və noyabrın 11-də yeni klubda işinə başlayacaq.

Namiq HUN

tag: UEFA, Portuqaliya, Sportinq, Ruben Amorim,Mançester Yunayted, todaypress.az,