Amorim Danilonu sərəncamında görmək istəyir

İdman

13.11.2024 14:50

“Mançester Yunayted” klubunun yeni baş məşqçisi Ruben Amorimin transfer etmək istədiyi ilk futbolçunun adı məlum olub. 

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis “Yuventus” klubunda çıxış edən Danilonu sərəncamında görmək istəyir. 

“Qırmızı şeytanlar” qarşı tərəfə qış transfer dövründə təklif göndərəcək. 

Braziliyalı müdafiəçinin Turin təmsilçisi ilə müqaviləsi cari mövsüm başa çatacaq. 

“Yuventus”un 2019-cu ildə “Mançester Siti”dən transfer etdiyi Danilo 10 matçda meydanda olub.

Namiq HUN

tag: Mançester Yunayted, Braziliya, Qırmızı Şeytanlar,Mançester Siti, Yuventus, todaypress.az,