Amorim 54 il sonra təyin edilən ən gənc baş məşqçidir

İdman

02.11.2024 12:40

“Mançester Yunayted” futbol klubu cari mövsümdə matçlara 39 yaşlı portuqaliyalı mütəxəssis Ruben Amorimin rəhbərliyi altında çıxacaq. 

TodayPress “Opta Sport”a istinadən xəbər verir ki, o, 1970-ci ildən bəri klubda çalışacaq ən gənc baş məşqçidir. Həmin il “qırmızı şeytanlar”a rəhbərlik edən Uilf Makqinnesin 33 yaşı olub.

Qeyd edək ki, “Mançester Yunayted” Ruben Amorimin baş məşqçi təyin olunduğunu rəsmi saytında elan edib. 

Mütəxəssis noyabrın 11-dən “qırmızı şeyytanalr”la işə başlayacaq. Portuqaliyalının MY ilə müqaviləsi 2027-ci ilin iyul ayına kimi nəzərdə tutulub. Müqavilə daha bir mövsüm uzadıla bilər. 

Namiq HUN

tag: Mançester Yunayted,Ruben Amorim,Qırmızı Şeytanlar, Portuqaliya, todaypress.az,