Amorim 17 yaşlı istedadı heyətdə görmək istəyir
İdman
02.12.2024 12:56
“Sportinq”in portuqaliyalı vingeri Covani Kenda “Mançester Yunayted”ə keçə bilər.
TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, cinah oyunçusu “qırmızı şeytanlar” üçün prioritetdir.
Bernardo Silva və Kriştiano Ronaldo kimi ulduzları təmsil edən Kendanın agenti Xorxe Mendes klub rəhbərliyi ilə şəxsən görüşüb.
Kendanı “Sportinq”dən tanıyan Ruben Amorim futbolçunun klubun hücumunu gücləndirə biləcəyinə inanır.
Vingerin “Sportinq”lə müqaviləsində 50 milyon avro təzminat nəzərdə tutulub.
Qeyd edək ki, Kenda cari mövsüm “Sportinq”in heyətində bütün yarışlarda 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalı 17 yaşlı futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.
Namiq HUN
tag: Sportinq, Portuqaliya, Silva, Ruben Amorim, Klub, todaypress.az,