Amin Seydiyev üçün mövsüm başa çatdı

İdman

28.03.2025 13:29

2443

“Aminin əməliyyatı uğurlu keçdi, hazırda özünü yaxşı hiss edir”   

TodayPress xəbər verir ki, Aysun Seydiyeva “Sabah”ın futbolçusu, həyat yoldaşı Aminin səhhətindəki son durumu açıqlayıb:   

“Əməliyyatdan yeni çıxıb. Hazırda bir qədər ağrıları var. Həkimlər üç aya bərpa olacağını deyir. Qasıq əzələsində problem yaranmışdı”. 

Amin Seydiyev üçün Misli Premyer Liqası və Azərbaycan kuboku vaxtından əvvəl başa çatıb. 

Qeyd edək ki, Seydiyev martın 25-də millimizin Belarusla keçirilən yoldaşlıq matçında zədələnib.

Namiq HUN

(İdman.biz)

tag: Amin Seydiyev,Futbolçu,Sabah,Zədə,Todaypress.az,