Amerikalı üzgüçü dünya rekordu müəyyən etdi
İdman
19.10.2024 15:20
Amerikalı üzgüçü Qretçen Uolş kompleks üsulu ilə 100 metr məsafəni 55,98 saniyəyə qət edərək dünya rekordçusu olub.
TodayPress xəbər verir ki, o, "Virciniya Universiteti" və "Florida" komandalarının görüşündə göstəricini reallaşdırıb.
Qretçen Uolş tarixdə bu növdə 100 metr məsafəni 56 saniyədən az vaxtda qət edən ilk qadın üzgüçü olub.
Əvvəlki rekord 2017-ci ildə 56,51 saniyə göstərici ilə macarıstanlı üzgüçü Katinka Hossuya məxsus idi.
Qretçen son uğuru ilə həmyerlisi Keyt Duqlasın (56,99) ölkədaxili yarışlardakı rekordunu da qırıb.
Xatırladaq ki, Uolş 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanıb.
Namiq HUN
tag: Amerika, Üzgüçü, Duqlas, Paris, Yay Olimpiya Oyunları, todaypress.az,