Amerikalı Kris tarix yazdı - DÖRD XALLIQ ATIŞ

İdman

19.08.2024 11:18

Basketbol tarixində ilk dörd xallıq atış Filippin çempionatında olub.

TodayPress xəbər verir ki, "Meralko Bolts" klubunun basketbolçusu Kris Bançero "Maqnoliya Çiken Timplados Hotşots"la oyunda tarixdə ilk dörd xallıq atışın müəllifi olub.

Qeyd edək ki, Filippin Liqası dörd xal qaydası olan yeganə basketbol çempionatıdır. Basketbolçu ən azı 8,23 metrdən dəqiq zərbə atmalıdır.

Qarşılaşma "Meralko Bolts"un qələbəsi ilə başa çatıb  99:94.

Namiq HUN

tag: Filippin, Basketbol, Meralko Bolts, Qələbə, Çempionat, todaypress.az,