Amerikalı hokkeyçi Oveçkinin göstəricisini geridə qoydu

İdman

16.04.2025 11:54

11

“Toronto” klubunun hokkeyçisi Oston Matteyus Milli Hokkey Liqasında (NHL) rusiyalı Aleksandr Oveçkinin nailiyyətini geridə qoyub.   

TodayPress NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan hokkeyçi “Baffalo”ya (4:0) qalib gəldikləri görüşdə fərqlənib. 

O, NHL-də 400-cü qoluna imza atıb. Oston bunu 628-ci matçda bacarıb. Oveçkin isə göstəriciyə 634 qarşılaşmada çatmışdı. 

Xatırladaq ki, turnirdə rekord 436 oyunda 400 dəfə fərqlənən Ueyn Qretskiyə məxsusdur.   

Namiq HUN

tag: Oston Matteyus,Oveçkin, Uğur, Qol, Komanda, Qapçı, todaypress.az,