Amerikalı beysbolçu tarix yazdı
İdman
27.08.2024 14:30
Denni Censen bir oyunda iki komandada çıxış etməklə bu şərəfə nail olub.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, "Boston Red Soks" klubunun üzvü olan beysbolçu iyunun 26-da ABŞ-nin əsas çempionatı olan MLB-də "Toronto Blu Ceys"in heyətində hazırkı komandasına qarşı meydana çıxıb.
Yarımçıq dayandırılan qarşılaşmanın bu günə təxirə salınması qərara alınıb. İyulun 27-də "Boston Red Soks"a transfer olunan beysbolçu nəticədə sabiq komandası "Toronto Blu Ceys"ə qarşı matça çıxıb.
29 yaşlı Denni Censenin iştirakçısı olduğu bu vəziyyət peşəkar idman tarixində bir ilkdir.
Qeyd edək ki, "Boston Red Soks" və "Toronto Blu Ceys" arasında keçirilən final matçı Toronto təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Boston Red Soks,ABŞ, Toronto Blu Ceys,Denni Censen, todaypress.az,