Amerikalı atlet dünya rekordları müəyyən etdi

İdman

15.02.2025 12:20

2471

ABŞ-də atlet Qrant Fişer həftə ərzində iki dünya rekordu müəyyən edib.   

TodayPress TASS-a istinadən xəbər verir ki, o, qapalı məkanda keçirilən turnirdə 5000 metr məsafəyə qaçışda uğura nail olub.   

Fişer məsafəni 12 dəqiqə 44,09 saniyəyə qət edib.

Əvvəlki dünya rekordu efiopiyalı Kenenisa Bekeleyə məxsus idi. Sprinter 2004-cü ilin fevralında 5000 metr məsafəni 12 dəqiqə 49,60 saniyəyə qaçmışdı. 

Qeyd edək ki, Qrant Fişer daha əvvəl fevralın 9-da qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçışda dünya rekordu müəyyən edib. 

Xatırladaq ki, atlet 5000 və 10000 metr məsafələrə qaçışda Paris Olimpiadasının bürünc medallarını qazanıb.     

Namiq HUN

tag: Qrant Fişer,Dünya Rekordu,Qaçış,Atlet,Todaypress.az,