Amerika nəhəngləri “play-off”da bir-birinə rəqib oldu

İdman

03.07.2024 10:45

Amerika kubokunda 1/4 final cütləri bəlli olub.

TodayPress xəbər verir ki, pley-offda mübarizəni davam etdirəcək 8 komanda 4 cüt təşkil edib.

Amerika kuboku turnirinin son qalibi Argentina iyulun 5-də Ekvadorla qarşılaşacaq. 

Venesuela Kanada yığmasını iyulun 6-sı sınağa çəkəcək. 

İyulun 7-də isə əvvəlcə Kolumbiya Panama cütünün güclüsü məlum olacaq. Daha sonra cənubi amerika nəhəngləri Uruqvay və Braziliya milliləri bir-birinə rəqib olacaq. 

Namiq HUN

tag: Amerika, Play-off, Kubok, Argentina, Venesuela, Kanada, todaypress.az,